2025-ci ilin I yarımili ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 777 olub.
newsbaku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2025-ci ilin birinci yarımili ərzindəki statistikasında qeyd olunub.
Bildirilib ki, yanğın hadisələri zamanı 27 nəfər həlak olub, 93 nəfər xəsarət alıb. Bu da ötən illə müqayisədə xəsarət alanlar üzrə 40 nəfər və ya 30% azdır.
newsbaku.az