Çinin şimalında sel axınları: Ölənlər var

image-sel_efsanesi_cinbackend

Çinin şimalındakı Daxili Monqolustan muxtar bölgəsindəki düşərgə (kempinq) ərazisində sel axını 10 nəfərin ölümünə, iki nəfərin itkin düşməsinə səbəb olub.

newsbaku.az-ın xəbərinə görə, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Məlumata görə, hadisə avqustun 16-da Bayan Nur şəhəri yaxınlığında baş verib. Seldən sonra 13 turistlə əlaqə kəsilib. Bir nəfər xilas edilib.

Axtarış-xilasetmə əməliyyatlarında fövqəladə hallar xidmətinin 700-dən çox əməkdaşı iştirak edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki