Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a uduzdu

image-5ngvnacwun3nwtct8iwwhex9nhqx9cww0zbgc0z1_1200backend

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

newsbaku.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.

“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə hələ xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki