Xəzər Aqrar Tədqiqatlar Mərkəzi ilə “Azərbazalt” arasında əməkdaşlıq memorandumu imzalanıb

image-ldivlqvdic7fdexz85srznr9f8qqwo9jev8eynck_1200backend

Bakıda Xəzər Aqrar Tədqiqatlar Mərkəzi (CARCAS) ilə “Azərbazalt” Elmi-İstehsalat Birliyi MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

newsbaku.az xəbər verir ki, sənəd kənd təsərrüfatı texnologiyaları, dayanıqlı əkinçilik və regionun aqrar-sənaye sektoruna innovativ mineral komponentlərin, xüsusilə bazalt tozunun tətbiqi sahəsində elmi-praktik əməkdaşlığın inkişafına yönəlib.

Əməkdaşlıq torpağın strukturunu yaxşılaşdırmaq, məhsuldarlığı artırmaq və kənd təsərrüfatı bitkilərinin xarici təsirlərə davamlılığını gücləndirmək məqsədilə bazalt tozunun birgə tədqiqatlarını, pilot layihələrini və çöl sınaqlarını nəzərdə tutur.

“CARCAS Xəzər regionunun aparıcı tədqiqat mərkəzi kimi Azərbaycanın və qonşu ölkələrin kənd təsərrüfatı təcrübəsinə yeni həllərin inteqrasiyasında, o cümlədən ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün təbii mineral komponentlərin istifadəsində böyük perspektivlər görür”, – deyə CARCAS-ın Müşahidə Şurasının sədri Rifat Sultanzadə bildirib.

Görüşdə “Azərbazalt” və “Azchemco” arasında bazalt tozunun tədarükü sahəsində strateji tərəfdaşlıq protokolu imzalanıb. Tərəflər “Azchemco Black Terra” substrat xətti üçün “Azərbazalt” məhsullarının tədarükü sahəsində əməkdaşlıq etməyi və onları xarici bazarlara – Türkmənistana və Körfəz Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrə (Bəhreyn, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və BƏƏ) təqdim etməyi planlaşdırırlar.

“İldə 360 min ton üzvi gübrə istehsal etməyi planlaşdırırıq. Müəssisə qabaqcıl Azərbaycan texnologiyaları əsasında fəaliyyət göstərəcək. Əsas xammal Göygöl rayonundakı Çaykənd yatağından çıxarılan yüksəkkeyfiyyətli bazalt olacaq”, – deyə “Azərbazalt”ın təsisçisi və baş icraçı direktoru Rafət Əliyev bildirib.

Bundan əlavə, “Azərbazalt” və “Azchemco”nun fəaliyyəti karbon izlərinin azaldılmasına və təbii ehtiyatlardan davamlı istifadəyə yönəlmiş COP28 və COP29 beynəlxalq iqlim təşəbbüslərinin məqsədlərinə uyğundur. Kənd təsərrüfatında bazalt tozunun və bazalt əsaslı gübrələrin istifadəsi torpağın münbitliyini artırır və kimyəvi gübrələrə olan ehtiyacı azaldaraq istixana qazlarının emissiyasını aşağı salmağa kömək edir.

image-p6dlwf4jd3ajwzmfcid1hnjpudytgwg5mbmh92di_640 image-orzmdmpav1balckqlzslre0rnpanj9ebzr5gclj7_640 image-iddpjk2mbjqitwkgks9fx5ggawqyood56qu5m5zh_640 image-rdrglq420hrqlaj6pna18fcam7s3xqpbtnmpm9vn_640 image-qda4zxhmo2gch0c6vg0gmtmgfavxxskdgy4n0aic_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki