Oğuzda istirahət mərkəzinin işçiləri arasında dava düşdü

image-facebook_1755886652816_7364722411455242669backend

Oğuz rayonunun Xalxal kəndində “Forel” istirahət mərkəzinin işçiləri arasında mübahisə baş verib.

newsbaku.az xəbər verir ki, hadisə zamanı fəhlə Coşqun Məmmədov ofisiant Xəyalın bədəninə yumruq və təpiklə zərbələr endirib. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəni törədən Coşqunun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Xəyalı uzun müddət tanıyır və əvvəllər aralarında heç bir narazılıq olmayıb. Hadisə günü birlikdə işdən çıxaraq kafedə yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra təqsirləndirilən şəxs iş yerinə qayıdarkən aralarında mübahisə yaranıb və əsəbiləşərək zərərçəkənə bir neçə zərbə endirib.

Bu cinayət işinə Oğuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkənin təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki