Xəzər dənizində su səviyyəsinin azalması davam edir

image-325299_ozjbnbbc6zbackend

Makroregionda yağıntıların olmaması səbəbindən Xəzər dənizində suyun səviyyəsi 2025-ci ilin sonuna qədər 25 santimetr aşağı düşə bilər.

newsbaku.az TASS-a istinadən xəbər verir ki, bu barədə 10-cu Xəzər Media Forumunda Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsinin rəis müavini Sergey Şipulin məlumat verib.

Onun sözlərinə görə, bu il dayazlaşma son beş illə müqayisədə ən şiddətli olacaq.

newsbaku.az

“Son 30 ildə Xəzər dənizinin ən yüksək səviyyəsi 1994-cü ildə qeydə alınıb və o vaxtdan bəri suyun səviyyəsi aşağı düşür. Ən böyük azalma son 5 il ərzində, 2020-ci ildən sonra baş verib. Son 5 ildə dənizə çox az miqdarda su daxil olub və bu il də əvvəlki illərdən daha az olacaq. Yağıntılarla bağlı tendensiya belə davam edərsə, 2030-cu ilə qədər dəniz səviyyəsinin 1 metr aşağı düşəcəyini istisna etmirik”.

O əlavə edib ki, hazırda Xəzər dənizinin şimal hissəsi ən dayazdır, İran regionunda isə cənub hissəsi ən doludur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki