Avqustun 19-da Yer kürəsini bu ayda ikinci maqnit qasırğası vuracaq.
newsbaku.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının saytında məlumat verilib.
Qasırğa bir və ya iki gün davam edəcək və orta gücdə olacaq. Səbəb Günəşdə nəhəng tac dəliyi – təxminən yarım milyon kilometr ölçüsündə qaranlıq bir sahənin əmələ gəlməsidir.
Günəş küləyinin sürəti bu gün artmağa başlayacaq və sabaha qədər, demək olar ki, üç dəfə – saniyədə 300-dən 800-900 kilometrə qədər arta bilər. Yerin maqnit sahəsinə ən güclü zərbə çərşənbə axşamı gözlənilir və nəticələri çərşənbə günü hiss oluna bilər.
Analoji qasırğa artıq ayın əvvəlində – avqustun 8-9-da baş verib.
Alimlər vəziyyəti izləməyə davam edirlər və yeni məlumatlar daxil olduqca proqnozu yeniləyəcəklər.
newsbaku.az