Azərbaycan ASEAN ilə minatəmizləmə sahəsində əməkdaşlığı gücləndirir

image-8de39696-1b9b-322a-82f7-d964cc50f317_850-1backend

Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi Azərbaycan hökumət nümayəndə heyəti Kambocaya səfəri çərçivəsində ASEAN-ın minalardan təmizləmə üzrə Regional Mərkəzini (ARMAC) ziyarət edib.

newsbaku.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu görüş 2024-cü ildə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələrinin partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində qabaqcıl təcrübələri öyrənmək üçün ASEAN ölkələrinə tanışlıq səfəri ilə başlayan müsbət qarşılıqlı əlaqə dinamikasının davamıdır.

“ARMAC 2025-ci il üçün ASEAN Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Birliyi (APSC) proqramı çərçivəsində minatəmizləmə sahəsində regional və qlobal səylərə sadiqliyini təsdiqləyir” – təşkilatın rəsmi məlumatında qeyd olunur.

Görüş zamanı tərəflər minatəmizləmə əməliyyatlarının effektivliyini və təhlükəsizliyini artırmaq üçün elmi tədqiqatların və müasir texnologiyaların tətbiqinin kritik əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki