Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
newsbaku.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu “Atletik Bilbao” ilə Emereyts Kubokunun final matçında üz-üzə gələcək.
İtaliya Kubokunun təsnifat mərhələsində isə “Entella” ilə “Ternana”, “Padova” ilə “Visensa”, “Avellino” ilə “Keriqnola”, “Peskara” ilə “Rimini” klubu qarşılaşacaq.
Yeni mövsümə start verən Türkiyə Superliqasının I turunun ikinci oyun günündə “Samsunspor” “Gənclərbirliyi” ilə, “Antalyaspor” “Kasımpaşa” ilə, “Rizespor” “Göztəpə” ilə, “Eyüpspor” “Konyaspor” üz-üzə gələcək.
Qeyd edək ki, “Fənərbağça”, “Başakşəhər” və “Beşiktaş” klublarının I tur oyunları avrokuboklar səbəbindən təxirə salınıb.
newsbaku.az