“İnter” üçün darıxmışdım”.
newsbaku.az xəbər verir ki, futbolçu bunu klubunun mətbuat xidmətinə açıqlamasında deyib:
“Qayıtdığım üçün xoşbəxtəm. “İnter” üçün darıxmışdım. Transfer şayiələri hər yay olur. Bu il bir az daha çox oldu. Mən heç nə danışmamışdım. Danışmaq üçün bura qayıtmağı gözləyirdim. Xoşbəxtəm, “İnter”in oyunçusuyam və həmişə burada davam etmək istədiyimi demişəm. Məqsədim burada kuboklar qazanmaqdır. Mən Lautaro ilə danışdım, biz professionalıq, danışıb hər şeyi həll etdik. Heç bir problem yoxdur”.
Qeyd edək ki, Hakan Çalhanoğlunun adı həm “Qalatasaray”, həm də “Fənərbağça” ilə hallanırdı.
newsbaku.az