“Baza” “Telegram” kanalının baş redaktoruna qarşı ittiham irəli sürüldü

image-btbackend

Rusiya İstintaq Komitəsinin əməkdaşları “Baza”nın baş redaktoru Qleb Trifonova qarşı bir qrup şəxsə külli miqdarda rüşvət verilməsi ilə bağlı ittiham irəli sürüblər.

newsbaku.az-ın xəbərinə görə, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, “Baza”nın prodüseri Tatyana Lukyanovaya qarşı da oxşar ittiham irəli sürülüb.

“Onların hər ikisi bu cinayətdə təqsirli olduğunu boynuna almır”, – deyə mənbə qeyd edib.

Trifonovun vəkili Aleksey Mixalçik jurnalistə qarşı ittiham irəli sürülməsi faktını təsdiqləyib.

İstintaq Komitəsi hesab edir ki, Trifonovun Krasnodar, Krasnoyarsk diyarı və Belqorod vilayətinin polis əməkdaşlarına məlumat müqabilində rüşvət verilməsində əli var.

“Onlar internet mesencerlər vasitəsilə hüquq-mühafizə orqanlarının əməkdaşlarından fövqəladə vəziyyət və onun nəticələri barədə məlumat alıblar, sonra isə pulu köçürüblər”, – deyə mənbə bildirib.

Qleb Trifonovun Rusiya regionlarından polis əməkdaşlarına rüşvət verməsi ilə bağlı işdə 100 min rubl (2 000 manatdan çox) məbləğ olduğu deyilir.

“Trifonov və onun həmkarı Tatyana Lukyanovanın işində 100 min rubldan çox olmayan məbləğlər var. Əksər hallarda bu, 20-30 mindir ki, məlumat və ya videomateriallara görə birdəfəlik mükafat kimi ödənilib”, – deyə mənbə əlavə edib.

Xatırladaq ki, ötən gün Rusiya İstintaq Komitəsi “Baza” “Telegram” kanalının baş redaktoru və həmkarının Moskvada rüşvət verilməsi ilə bağlı saxlanıldığı barədə məlumat yayıb. Nəşrin redaksiyasında və Trifonovun mənzilində axtarışlar aparılıb, axtarış zamanı sənədlər və elektron daşıyıcılar aşkarlanaraq müsadirə edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki