UEFA əmsallar cədvəli: “Qarabağ”ın qələbəsi Azərbaycanın mövqeyini möhkəmləndirib

image-izobrazhenie_2025-08-13_110304902backend

“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə cavab oyunundakı qələbəsi ilə ölkəmizə UEFA reytinqində daha bir xal qazandırıb.

newsbaku.az  xəbər verir ki, Ağdam təmsilçisinin növbəti qələbəsi (5:1) sayəsində Azərbaycanın balansına daha 0.250 xal əlavə olunub.

Beləliklə, Azərbaycanın 19.250 xalı var və hazırda 28-ci yerdədir. Həmin reytinqdə Ukrayna bir pillə irəlidədir (19.600), Rusiya isə (18.299) geridədir.

Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki