Çinin qaz idxalı rekord səviyyəyə çatıb

image-ed10fdb1e5192aebackend

Bu ilin may ayında Çin ümumilikdə 13,713 milyard kubmetr təbii qaz idxal edib ki, bu da ötən illə müqayisədə 1% çoxdur.

newsbaku.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, bundan əvvəlki 7 ay ərzində ölkənin qaz idxalı azalmaqda davam edib.

Simvolik artıma baxmayaraq, bu, müvafiq ay üçün yeni rekord və cari ilin əvvəlindən bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, Çin qaz kəməri vasitəsilə beş ölkədən qaz idxal edir: Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Myanma.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki