Sabunçu rayonu, Ramana qəsəbə sakini aldığı çörəyin içindən qara, yad cisim çıxdığını iddia edib.
newsbaku.az Oxu.az-a istinadən bildirir ki, vətəndaş həmin çörəyi Ramana qəsəbəsindəki marketlərdən birində alıb:
“Məhsul Bakıxanov çörək zavoduna məxsus şirkətin istehsalıdır. Çörəyi kəsəndə içindən qara rəngdə, bərk olmayan naməlum cisim çıxdı. Üstəlik, çörəkdən pis qoxu gəlirdi”.
newsbaku.az