Tramp və Zelenski bir-birilərinə hansı hədiyyələri veriblər?

image-1200-1backend

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampa qolf dəyənəyi başlığını hədiyyə edib.

newsbaku.az-ın xəbərinə görə, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidmətindən məlumat verilib.

Trampla görüş zamanı Zelenski ona Ukrayna Silahlı Qüvvələrinin kiçik serjantı Konstantin Kartavtsevin ona verdiyi qolf dəyənəyi başlığını hədiyyə edib.

Zelenski bildirib ki, əsgər Rusiya ilə müharibənin ilk aylarında əsgər yoldaşlarını xilas edərək ayağını itirib.

Tramp hədiyyəni qəbul edib və ukraynalı əsgərə hədiyyə üçün təşəkkür edərək videolentə alıb.

Qeyd edildiyi kimi, Tramp da öz növbəsində Ukrayna prezidentinə Ağ Evin simvolik açarlarını təqdim edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki