“Biz Zelenski ilə bir çox məsələləri müzakirə etdik”.
newsbaku.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti və Avropa liderləri ilə birgə görüş zamanı bəyan edib.
“İndi Ukraynanın xəritəsinə baxmaq çox kədərlidir. Putin Alyaskada keçirilən sammitdə razılaşıb ki, Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul edəcək. Biz bütün razılaşmaları bu gün əldə edəcəyik”, – Tramp Avropa liderləri ilə görüşündə bildirib.
ABŞ prezidenti danışıqların uğurlu nəticələnəcəyi təqdirdə Rusiyanın bir sıra müsbət addımlar atacağını gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Moskva min ukraynalı hərbi əsiri dərhal Kiyevə təhvil verməlidir.
Tramp həmçinin, Putin və Zelenskinin iştirakı ilə Ukrayna üzrə üçtərəfli görüşün keçiriləcəyinə əmin olduğunu deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Trampın sözlərini təsdiqləyərək, ABŞ prezidenti ilə çox yaxşı danışıqlar apardıqlarını bildirib.
“Mən nikbinəm ki, biz Ukraynaya qarşı gələcək təcavüzün qarşısını alacaq razılığa gələ biləcəyik. Mən Trampa xəritədə bir neçə nüans göstərdim və buna görə ona təşəkkür edirəm. Həssas ərazi məsələləri isə Putinlə üçtərəfli görüşdə müzakirə olunmalıdır”, – Zelenski vurğulayıb.
newsbaku.az