Ukrayna Prezidenti Volodimir Zelenskinin “Bring Kids Back UA” proqramı çərçivəsində daha dörd vətəndaşı – üç azyaşlı uşağı və bir gənci evlərinə qaytarmaq mümkün olub.
newsbaku.az xəbər verir ki, bu barədə prezident ofisinin rəhbəri Andrey Yermak “Telegram” kanalında məlumat verib.
Bildirilir ki, onlar uşaq internat evindən qeyri-qanuni olaraq əvvəlcə müvəqqəti işğal olunmuş əraziyə, sonra isə Rusiyaya aparılıblar. İndi yenidən evdədirlər.
Yermakın sözlərinə görə, qayıdış Qətərin beynəlxalq vasitəçiliyi və Ukrayna Ombudsman ofisi komandasının səyləri sayəsində mümkün olub.
newsbaku.az