Gəncədə vurulan piyada qadın xəstəxanada öldü

image-piyada_1200backend

Gəncədə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 13-də Gəncə şəhəri, Xətai prospektində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Hüseyn Bəhrəm oğlu Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən, piyada, 1962-ci il təvəllüdlü Mehriban Əli qızı Quliyevanı vurub. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən qadın avqustun 17-də Abbas Səhhət adına şəhər xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki