Konfrans Liqası: Moldova klubu azarkeşləri ilə bağlı “Sabah”a müraciət etməyib

image-0679ce6c-0736-31b5-b105-8311b4d17d7b_850-1backend

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Sabah”ın qonağı olacaq “Petrokub” (Moldova) klubu azarkeşləri ilə bağlı paytaxt təmsilçisinə müraciət etməyib.

newsbaku.az Report-a istinadən xəbər verir ki, Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

İyulun 30-da axşam saatlarında Bakıya gələcək “Petrokub” tərəfindən indiyədək azarkeşləri ilə bağlı heç bir müraciət olmayıb.

Qeyd edək ki, “Sabah” – “Petrokub” görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb – 2:0.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki