DƏMX: İlin yeddi ayında işəgötürənlər 200 min manatadək sosial ödənişləri gecikdirib

image-preparing-documents-for-copy-services-768x513backend

İşəgötürənlər 2025-ci ilin yanvar-iyul ayları ərzində 200 min manatadək sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini gecikdirib.

newsbaku.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, görülən tədbirlər nəticəsində işəgötürənlər həmin vəsaiti işçilərə ödəyib. Sözügedən vəsaitin 87 faizi əməkhaqlarından, qalan hissəsi də işəgötürənlərin ödəməli olduğu müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Həmçinin bu ilin yeddi ayı ərzində Xidmətə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı 408 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və onların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki