Ordubadda ağacın budaqları qırılıb – Üç nəfər xəsarət alıb

image-photo_127674backend

Ordubad rayonunda ağacın budaqlarının qırılması nəticəsində üç nəfər xəsarət alıb.

newsbaku.az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə rayonun Vənənd kəndində baş verib.

Çinar ağacının iri budağı qırılaraq sakinlərin üzərinə düşüb. Nəticədə 1959-cu il təvəllüdlü İbrahim Əli oğlu Novruzov, 1970-ci il təvəllüdlü Miryunis Mirdavud oğlu Ağalarov və 1983-cü il təvəllüdlü Anar Əhməd oğlu Əliyev xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki