Putin və Pezeşkian Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

image-379df3de-78e8-3bc4-bdfb-7f0e7798d6b3_850backend

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bu barədə newsbaku.az Kremlin yaydığı məlumata istinadən xəbər verir.

Söhbət zamanı V.Putin iranlı həmkarını Ankoricdə (Alyaska) keçirilmiş Rusiya-ABŞ zirvə görüşünün əsas nəticələri barədə məlumatlandırıb. M.Pezeşkian isə Ukraynada münaqişənin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərə dəstəyini ifadə edib.

“Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini, İranın nüvə proqramı ətrafındakı vəziyyəti və Cənubi Qafqaz regionunda hadisələrin inkişafını müzakirə ediblər. Putin və Pezeşkian Çində keçiriləcək ŞƏT sammitində (31 avqust-1 sentyabr) görüşməklə bağlı razılığa gəliblər”, – məlumatda bildirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki