Norveç Ukraynaya 8,5 milyard dollar ayırmağı planlaşdırır

image-dd75d493-6a5b-3067-82da-46b0754a23bc_850backend

Norveç 2026-cı ildə Ukraynaya 8,5 milyard dollar ayırmağı planlaşdırır.

newsbaku.az Report-a istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stere istinadən Ukrayna KİV-ləri məlumat yayıb.

“Mən elan etdim ki, Ukraynaya 2025-ci ildə göstərilən dəstək 2026-cı ildə də davam edəcək. Bu məbləğ 8,5 milyard dollar təşkil edəcək”, – Baş nazir bildirib.

O qeyd edib ki, bu təşəbbüsü parlamentə təklif edəcək.

Norveçin Baş naziri vurğulayıb ki, ölkə parlamenti Ukraynaya yüksək səviyyədə dəstəyi qoruyub saxlaya biləcək.

Qeyd edək ki, söhbət “Nansen Ukraynaya Dəstək Proqramı”nın (Nansen Support Programme for Ukraine) həyata keçirilməsinin davam etdirilməsindən gedir. Bu proqram 2023-2027-ci illər üçün 75 milyard Norveç kronu (7,4 milyard dollar) məbləğində mülki və hərbi proqramın maliyyələşdirilməsini əhatə edir. Onlar arasında bölgü Ukraynanın ehtiyaclarına əsasən hər il həyata keçirilir.

Cari ildə Norveç Ukraynanın ehtiyacları üçün 8,4 milyard dollar ayıracaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki