“Azərbaycanın enerji əməkdaşlığı geoiqtisadi mövqeyini gücləndirir” – İqtisadçı

image-img_2919backend

Avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli görüşdə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib.

Bu əməkdaşlıq Azərbaycana hansı iqtisadi yeniliklər gətirə bilər?

newsbaku.az Redaktor.az-a istinadən xəbər verir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, Azərbaycan, Türkmənistan, Özbəkistan arasında enerji sahəsindəki əməkdaşlıq regionda Azərbaycanın geoiqtisadi əhəmiyyətliliyini artırır:

“Bu əməkdaşlıq ölkəmizin tranzit ölkə kimi mövqeyinin güclənməsi, alternativ gəlir mənbəyi kimi xarici valyuta axını olması, həmçinin bu işlərlə bağlı olaraq işsizlik həddinin azalması, habelə xarici investorların maraq dairəsinə çevriləcək. Məsələnin digər, yəni riskli və bir o qədər də əhəmiyyətli qismi də var. Əvvəla təhlükəsizliyin təmin edilməsi və bundan əlavə Rusiya və İrana rəqib olduğu üçün rəqabət məsələsi də var.
Düşünürəm ki, ölkəmiz bütün missiyaları layiqincə yerinə yetirəcək. Bu sahədən gələn davamlı gəlirlər təkcə dövlət büdcəsinin artması deyil, həmçinin də ölkə daxili qeyri-neft sektorunun inkişafına öz dəstəyini verəcək. İstər ölkə xaricindən əldə olunan aktivlər, istərsə də alternativ gəlirlər ÜDM-ə təsir göstərir və yekunda həmin gəlirlər ilk növbədə vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına sərf olunur”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki