Füzulidə suda batan yeniyetmənin axtarışları üçün Baş Mil kanalı qurudulub

image-zczkhlmh3xavuyarzfcfkfzd3nfkhrjj2zm12q8t_1200backend

Füzulidə Baş Mil Kanalı qurudulub.

newsbaku.az APA-ya istinadən xəbər verir ki, buna səbəb iki aya yaxın müddətdə Füzuli rayonunun Kərimbəyli kəndində kanalda batdığı ehtimal olunan Nihad Nağızadənin axtarışlarıdır.

Yeniyetmənin axtarışları kanalın Mahmudlu kəndi ərazisindən keçən tunel hissəsində mümkün olmayıb. Yalnız kanalda suyun verilişinin dayandırılmasından sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tuneldə suyun xüsusi texnikalarla boşaldılması və axtarış əməliyyatlarına başlayıblar.

Axtarış əməliyyatları davam etdirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki