Həftəiçi avrokuboklarda bir sıra maraqlı futbol görüşləri keçiriləcək.
newsbaku.az xəbər verir ki, “CBC Sport” kanalı iyulun 30-da keçiriləcək “Qarabağ” – “Şelburn” və iyulun 31-də baş tutacaq “Hayduk” – “Zirə” matçını canlı yayımlayacaq.
İctimai TV isə “Sabah” – “Petrokub” matçını göstərəcək.
İyul ayının 31-də keçiriləcək “Aris” – “Araz-Naxçıvan” qarşılaşmasını İdman TV canlı yayımlayacaq.
Türkiyə klublarının qarşılaşmalarına TRT 1 və HT Spor kanallarında canlı baxmaq mümkün olacaq.
30 iyul
UEFA Çempionlar Liqası
Saat 20:00, “Qarabağ” – “Şelburn” (“CBC Sport”).
31 iyul
UEFA Konfrans Liqası
Saat 20:00, “Sabah” – “Petrokub” (İctimai TV);
Saat 21:45, “Başakşehir” – “Çerno More” (TRT 1);
Saat 22:15, “Aris” – “Araz-Naxçıvan” (İdman TV);
Saat 23:00, “Hayduk” – “Zirə” (“CBC Sport”).
UEFA Avropa Liqası
Saat 22:00, “Şaxtyor Donetsk” – “Beşiktaş” (HT Spor).
newsbaku.az