Laçında növbəti Şəhər Günü keçiriləcək

image-cxnru6f48ol0ov9khf9t2kqeuh2bhmi7qwfjeqas_640backend

Avqustun 26-da Laçın şəhərində üçüncü dəfə Laçın Şəhəri Günü keçiriləcək.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli şəkildə qeyd olunacaq.

Tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar da iştirak edəcəklər.

Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

image-6mcyik5bdlztodxiehd203yuhvygelud2lxxpuih_640

newsbaku.az

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki