Xocavənddə yanğın başlayıb.
newsbaku.az xəbər verir ki, yanğın Xocavənd rayonunun Edilli və Ağbulaq kəndləri ərazisindəki meşə massivində müşahidə edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölmələrinin əməkdaşları, eləcə də Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.
newsbaku.az