Qırğızıstan FHN: “İtən iranlı alpinistlərin axtarışı dayandırılıb”

image-494886617_1618689762182502_8332998022369806646_n-1-1080x675backend

Qırğızıstanın “Pobeda” zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışı dayandırılıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bütün əməliyyat-axtarış tədbirləri dayandırılıb, onların bu il bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil”, – deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, hazırda iranlı alpinistlərin itdiyi ərazidə əlverişsiz hava şəraiti hökm sürür.

 

Xatırladaq ki, iranlılar Məryəm Pilehvari və Həsən Seyfullah avqustun əvvəlində “Pobeda” zirvəsinə qalxmaq üçün Qırğızıstana gediblər. Onlar sonuncu dəfə avqustun 12-də əlaqəyə çıxıblar. Onları axtarmaq üçün pilotsuz təyyarə göndərilib, lakin bu da alpinistlərin tapılmasına kömək etməyib.

 

Qırğızıstanın alpinist icması İrandan olan alpinistlərin öldüyünü güman edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki