Tovuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

image-car_crash_241219backend

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov, 1988-ci il təvəllüdlü Ş.İsmayılova, 2017-ci il təvəllüdlü Z.İsmayılov və 2023-cü il təvəllüdlü C.İsmayılovdur.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki