Kerem Aktürkoğlu susqunluğunu pozdu: “Fənərbağça”nın formasını geyinəcəm”

image-ikis-1backend

“Fənərbağça”nın transfer etmək istədiyi Kerem Aktürkoğlu susqunluğunu pozub.

newsbaku.az xəbər verir ki, türkiyəli jurnalist Sercan Hamzaoğlunun verdiyi məlumata görə sabiq “Qalatasaray”lı “Fənərbağça”ya keçəcək.

“Heç bir reaksiyadan qorxmuram, tərəddüd etməyəcəm. “Fənərbağça”nın formasını geyinəcəm. Bunu çox istəyirəm. Azarkeşlərlə, prezidentlə və baş məşqçi ilə görüşməyə az qalıb. Tezliklə görüşəcəyik”.

Qeyd edək ki, İstanbul nəhəngi ilə “Benfika” klubu arasında danışıqlar davam edir. Lissabon təmsilçisi Çempionlar Liqasında iştirak etmək istədiyi üçün danışıqları yubadır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki