Göygölün Yeni Qızılca qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
newsbaku.az xəbər verir ki, iki VAZ avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Xəqani Bayramov, onun qohumu 2005-ci il təvəllüdlü Eşqin Bayramov və 1994-cü il təvəllüdlü Famil Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Vəziyyətləri orta-ağırdır.
newsbaku.az