ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahı yaxınlığında silah gəzdirən qadın saxlanılıb.
newsbaku.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 49 yaşlı Kerolayn Şou avtomobildə D.Trampın iqamətgahının cənub darvazasına yaxınlaşaraq ABŞ Məxfi Xidmətinin əməkdaşlarına prezidentlə təcili danışmaq istədiyini bildirib.
Qısa sorğu-sualdan sonra qadın avtomobilində silah olduğunu etiraf edib. O, sürücülük vəsiqəsi və avtomobilinin qeydiyyat müddətinin başa çatması ilə əlaqədar saxlanılıb.
Hadisə baş verən zaman Donald Trampın Vaşinqtonda olduğu bildirilir.
newsbaku.az