Bakıda 46 yaşlı kişi qətlə yetirilib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki mənzillərdən birində baş verib.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Quliyev evində bıçaqla qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni N.Quliyevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nərgiz Quliyevanın törətdiyi müəyyən edilib və o, saxlanılıb.
İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az