“Neftçi” ilk yoxlama görüşünə çıxacaq

image-jbackend

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi” Polşa toplanışı çərçivəsində bu gün keçirəcəyi ilk yoxlama görüşündə İsrailin “Hapoel Təl-Əviv” klubu ilə üzləşəcək.

newsbaku.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, “ağ-qaralar” iyul ayının 22-də isə Polşanın “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib.

Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Neftçi”nin digər yoxlama görüşləri iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki