Taleh Kazımov: “Azərbaycanın strateji valyuta ehtiyatları 77 milyard dolları keçib”

image-1689577421_1651734811_taleh-kazimovbackend

Azərbaycanın strateji valyuta ehtiyatları 77.4 milyard ABŞ dollarına çatıb.

newsbak.az “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 9.4% çoxdur.

“Bu isə altı ayda 6.7 milyard ABŞ dolları artım deməkdir. Strateji valyuta ehtiyatlarımız üç illik idxalı maliyyələşdirməyə kifayət edir və inanılmaz yüksək göstəricidir”, – deyə AMB-nin sədri əlavə edib.

newsbak.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki