Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib

image-a6f52317aaaf52e30cc8d6adf6a6f3a4backend

Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının əsgəri özünü güllələyib.

newsbaku.az “Report”a istinadən bildirir ki, bu barədə “Factor.am” xəbər verib. Məlumata görə, başından güllə yarası almış şəxs Gümrü Tibb Məntəqəsinə gətirilib.

Tibb mərkəzindən bildirilib ki, yaralı əməliyyat olunub, reanimasiyada, koma vəziyyətindədir. Onun vəziyyəti ağır qiymətləndirilir.

“Faktor.am”ın əldə etdiyi məlumata görə, yaralı Gümrüdəki 102-ci hərbi bazanın hərbçisi, 2002-ci il təvəllüdlü Aleksey Q.-dir. İlkin məlumatda bildirilir ki, Rusiya hərbçisi odlu silahla özünə xəsarət yetirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki