Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı, “Daşnaksütyun” partiyasının üzvü Geqam Manukyanın oğlunu saxlayıb.
newsbaku.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onun evində səhər saatlarından axtarışlar aparılırdı.
Güc strukturları həmçinin parlamentarinin özünün telefonunu da müsadirə ediblər.
Bundan başqa, “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın məlumatına görə, “Daşnaksütyun” partiyası gənclər qanadının bir neçə nümayəndəsi də saxlanılaraq İrəvan İstintaq İdarəsinə aparılıb.
newsbaku.az