Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putini ölkəsində görmək istədiyini bildirib.
newsbaku.az bu barədə “TRT Haber”ə istinadən məlumat yayıb.
R.T. Ərdoğan Çində keçirilən ŞƏT sammiti çərçivəsində V.Putinlə görüşü zamanı Putinin Türkiyəyə səfər etməsi ilə bağlı dəvətin qüvvədə olduğunu xatırladıb:
“Dəvət qüvvədədir və biz yaxın vaxtlarda sizi ölkəmizdə görməyi arzu edirik”.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib ki, Türkiyə Ukrayna münaqişəsinin həllində xüsusi rol oynamağa davam edir.
Həmçinin R.T.Ərdoğan Azərbaycan və Ermənistan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına və Qafqazda davamlı sabitliyin Türkiyə və Rusiyanın qarşılıqlı maraqlarına uyğun olacağına ümid etdiyini bildirib.
newsbaku.az