Bakının bir rayonunda evlər PLANA DÜŞÜR – Bəzi ərazidəki tikililər söküləcək

image-c6lj1u1cph8di8dk53qkvjde3nh6lowho3zzdn5f_1200backend

Bakının Yasamal rayonunda yeni söküntü prosesi həyata keçiriləcək.

newsbaku.az Baku.ws-ə istinadla xəbər verir ki, Yasamal rayonunda yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Hazırda həmin ərazilərdə inventarizasiya işləri aparılır. Bu proses tamamlandıqdan sonra söküləcək evlərin dəqiq sayı açıqlanacaq.

Planlaşdırmaya əsasən, söküntü işləri mərhələli şəkildə icra ediləcək. Əmlakı söküləcək sakinlərə minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Lakin evlərin dəyəri fərqli olduğundan, bu məbləğin daha yüksək olması istisna edilmir. Kompensasiyanın dəqiq həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki