“Tehran ABŞ və İsrail tərəfindən İrana hücumun təkrarlanmayacağına əmin olarsa, Vaşinqtonla nüvə dosyesi ilə bağlı birbaşa olmayan danışıqları bərpa etməyə hazırdır”.
newsbaku.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Asharq Al Awsat” qəzetinə müsahibəsində deyib.
“Amerikalılar bu danışıqlar zamanı heç bir hərbi əməliyyata başlamayacaqlarına bizi inandırsalar, ABŞ ilə dolayı danışıqlar aparmağa hazırıq. Biz zəmanətlər almalıyıq ki, bu, hər iki tərəfin maraqlarına cavab verən və qarşılıqlı faydaya əsaslanan dürüst və ədalətli danışıqlar olacaq”, – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, ABŞ-nin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumu öz ərazisində uranın zənginləşdirilməsi hüququnu müdafiə etməyə davam edən İranın mövqeyinə təsir etməyib.
newsbaku.az