Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib

image-knifebackend

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

newsbaku.az “Report”a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib. Rəşad Abbasov cəzasının 3 ilini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında baş verib.

İttihama görə, Rəşad Abbasov şəxsi münasibətlər zəminində dayısı Elyar Hüseynovu və onun həyat yoldaşı Ulduz Hüseynovanı qətlə yetirib.

R.Abbasova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.4, 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki