Danimarkanın Givskud Zooparkı qeyri-adi qərar verərək, sahibləri tərəfindən təslim edilən və ya saxlanması mümkün olmayan ev heyvanlarını – əsasən dovşan, toyuq və digər kiçik məməliləri – yırtıcı heyvanların qidalanması üçün qəbul etməyə başlayıb.
Zoopark rəhbərliyinin sözlərinə görə, bu təşəbbüs həm yırtıcıların təbii ov instinktlərini qorumağa kömək edir, həm də ev heyvanlarını sığınacağa təhvil verməkdə çətinlik çəkən sahiblərə alternativ yol təqdim edir.
“Əgər bir heyvan artıq saxlanıla bilmirsə, biz onu təbii zəncirə uyğun şəkildə istifadə edirik. Bu həm ekoloji, həm də davranış baxımından yırtıcı heyvanların xeyrinədir,” – deyə zoopark nümayəndəsi bildirib.
Proses ciddi yoxlamalarla həyata keçirilir və yalnız sağlam, infeksiyasız heyvanlar qəbul olunur. Təşəbbüs sosial şəbəkələrdə və heyvan hüquqları müdafiəçiləri arasında mübahisələrə səbəb olub.
Zoopark isə bildirir ki, məqsəd heyvan rifahını qorumaq və təbiətə uyğun qidalanma mühitini təmin etməkdir.
Jalə Quliyeva
newsbaku.az