Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə yanğın olub.
newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bu barədə məlumat verilib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.
newsbaku.az