CPM-İnvest İnvestisiya Şirkətinin növbədənkənar yığıncağı keçiriləcək

image-iqtbackend

“CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.

newsbaku.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yığıncaq avqustun 26-na təyin olunub.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Cəmiyyətin 2025-ci il üzrə yarımillik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi;

2. Cəmiyyətin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi;

3. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiq edilməsi;

4. Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi;

5. Yeni korporativ sənədlərin qəbulu, mövcud korporativ sənədlərdə dəyişikliklər edilməsi və bununla bağlı məsələlər;

6. Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi ilə əlaqədar səlahiyyətli şəxsin və/və ya onun tərəfindən etibarnamə verilən şəxsin təyin edilməsi və müvafiq orqanlara/qurumlara müraciətlərin edilməsi.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki