Ağdərə rayonunda 31 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Çıldıran kəndində baş verib. Kəlbəcər rayonu, Təkəqaya kənd sakini, 1994-cü il təvəllüdlü Yaməddin Həsənlini elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az