“Omoniya”nın qapıçısı viza ala bilmədiyi üçün Azərbaycana gələ bilməyib

image-img_2802backend

“Omoniya” klubunun nigeriyalı qolkiperi Fransis Uzqoho viza ala bilmədiyi üçün Azərbaycana gələ bilməyib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Kipr təmsilçisi “Omoniya”nın baş məşqçisi Harninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Araz-Naxçıvan”la keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Futbolçularımızdan Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Amma bu gün gecə gəlmə ehtimalı var”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Omoniya” matçı avqustun 7-də “Dalğa Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki