Ailəsinin üç üzvünün ölümünə səbəb olan sürücüyə hökm oxundu

image-ybackend

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirləndirilən Vilayət Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Qəhrəmanlı 5 il azadlıqdan məhrum edilib. Məhkəmə V.Qəhrəmanlının cəzasını şərti hesab edib.

Xatırladaq ki, hadisə bu il yanvarın 3-də Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ-2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ-2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı bir ailənin 3 üzvü -Sabirabad sakinləri, 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhəmanov, 2018-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova, 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanova həyatını itirib, 1990-cı il təvəllüdlü sürücü Vilayət Rzaxan oğlu Qəhrəmanlı və Bakı sakini, 2016-cı il təvəllüdlü Elvin Elşən oğlu Sarıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki