Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində İranın “Traktor” klubu ilə keçirəcəyi yoxlama matçının tarixi müəyyənləşib.
newsbaku.az xəbər verir ki, İran çempionatının son qalibi ilə görüş iyulun 29-da baş tutacaq.
Qarşılaşmanın başlama saatı və məkanı barədə əlavə məlumat veriləcək.
newsbaku.az