77 saylı avtobuslarda intervallar dəyişir – Şirkət gecikmələrə aydınlıq gətirdi

image-izobrazhenie_2025-08-07_171354376backend

77 saylı müntəzəm marşrut xəttində avtobusların gecikməsi sərnişinlər arasında narazılığa səbəb olub. Vətəndaşlar pik saatlarda avtobusların vaxtında gəlməməsindən və uzun müddət dayanacaqda gözləmək məcburiyyətində qalmaqdan şikayət edirlər.

newsbaku.az-a “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizami Rzayev açıqlamasında bildirir ki:

“Hazırda 77 saylı müntəzəm marşrut xətti üzrə 20 iritutumlu avtobus sərnişinlərə xidmət göstərir. Pik saatlarında sərnişin tələbatına uyğun olaraq avtobuslar 2-3 dəqiqəlik intervalla, digər saatlarda 5 dəqiqəlik, saat 20:30-dan etibarən isə 8-9 dəqiqəlik intervalla fəaliyyət göstərir. Bəzi hallarda yollardakı sıxlıq və tıxac, eləcə də digər səbəblər müəyyən gecikmələrə və interval pozulmalarına səbəb ola bilər. Bu kimi hallarda sərnişinləri çox gözlətməmək və sıxlığın qarşısını almaq üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilir.”

Jalə Quliyeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki